21:35
(077) 610-22-33

“Maşa və Ayı” yenidən Bakıda

  • >
2 692 28 Yanvar 2014 09:04 | Mədəniyyət


Yeni ildə paytaxtda qonaq olan Gürcüstanın "Multi-Pulti dünyası" teatrının təqdim etdiyi "Maşa və Ayı" yenidən Bakıya gəlir.


AzNews.az xəbər verir ki, sözügedən teatr bu dəfə "Maşa və Ayı" tamaşasını "Maşa və Ayı. Novruz sərgüzəştləri" adlı yeni seriyası ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək.

Balaca tamaşaçılar sevimli personajları Maşa və Ayını, eləcə də digər nağıl qəhrəmanlarını 18-23 mart 2014-cü il tarixlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər.

Tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün "Maşa və Ayı" cizgi filmi və Novruz adət-ənənələri əsasında hazırlanıb. Hadisələr Novruz bayramı ərəfəsində baş verir.

Tamaşada Maşa və Ayı ilə yanaşı Kosa, Keçəl, Ozan baba, çərşənbələr kimi personajlar da iştirak edir. Tamaşa iki variantda - Azərbaycan və rus dillərində təqdim olunacaq.

Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejisoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcək. Biletlər 6 manatdan başlayan qiymətlərlə satılır.

Bahar Rüstəmli
AzNews.az
Bağla X