Məşhur rejissor özünü öldürdü

Hollivud rejissoru və prodüseri Entoni Skott intihar edib. "Ən yaxşı atıcı", "Cəsus oyunları" və digər fimləri ilə məşhur olan rejssor Los-Anceles yaxınlığındakı körpüdən özünü ataraq öldürüb. Anspress-in "Reuters"ə istinadən verdiyi məlumata görə, 68 yaşlı rejissorun avtomobilində ölümqabağı yazdığı kağız tapılıb. Lakin onun mətni haqda heç bir açıqlama verilmir.


Xatırladaq ki, E. Skott şimal-şərqi İngiltərədə yerləşən kiçik bir şəhərdə dünyaya gəlib. O, ilk debütünü hələ 16 yaşı olarkən edib. Daha sonra o reklamlara üstünlük verib.

Xaricdə fəaliyyətə isə ötən əsrin 70-80-ci illərində Hollivuda gəldikdən sonra "Metro-Goldwyn-Mayer" şirkəti ilə əməkdaşlıqla başlayıb. Entoni Skott Devid Boui, Katrin Denev, Tom Kruz, Brüs Uillis, Heri Oldmen kimi tanınmış aktyorlarla çalışıb.

AzNews.az