“Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” keçiriləcək

12-15 mart tarixində Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılğı ilə "Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu" keçiriləcək.

Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Artıq Forumda iştirak edəcək 24 ölkə üzrə gənc şairələrin seçimi yekunlaşıb. Bu il Almaniya, Böyük Britaniya, İtaliyanı təmsil edəcək gənc şairələr də Foruma qatılacaq. Tədvir iştirakçıları artıq Bakıdadırlar. Forum çərçivəsnidə gənc şairələr Azərbaycan Yazıçılar Birliyində, Gənclər Fondunda görüşlər keçirəcəklər.

Qeyd edək ki, "Böyük İpək Yolu" BGİ 2013-cü ildə Bakıda gənc şairələrin birinci Beynəlxalq Forumunu təşkil edib. Böyük maraq və rezonansa səbəb olmuş Forumda Avropa, Asiya, Afrikadan 20-dən çox gənc şairə iştirak edib.

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Polşada keçirilən Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə "ən yaxşı layihə" mükafatını alıb.

AzNews.az