Nərgiz Paşayeva və dövlət məmurları “ÜNS”də

Martın 11-də "ÜNS" Yaradıcılıq Səhnəsində xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilən "Məryəm" bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ziyalılar, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

E. Əfəndiyev filmin yaradıcı işi, məqsədi, qəhrəmanı haqqında danışıb.

Film C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında hazırlanıb, çəkilişlər Bakı və Parisdə aparılıb. Filmin bədii hissəsi "Sirr", sənədli hissəsi isə "Bəyaz gəmilərlə rənglərin dansı" adlanır.

Yeni ekran əsərinin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullayevdir. Filmin qəhrəmanı gənc rəssam Məryəm Ələkbərli özü haqqında çəkilən filmin quruluşçu rəssamıdır.

Filmdə hadisələr absurd məkanda baş verir. Bir otaqda öz yaradıcılığı ilə təkbətək qalan yaşlı rəssam qadın sonda öz əsərlərinin köməkliyi ilə yenidən həyatın başlanğıcına qayıdır.


AzNews.az