21:16
(077) 610-22-33

Bakıda kitab bayramı keçiriləcək

  • >
657 14 Mart 2014 14:17 | Mədəniyyət

Sabah - martın 15-də "Zero" kitab evində Uşaq Kitabı Günü keçiriləcək.

Oxuculara 300-dən çox adda uşaq ədəbiyyatı nümunəsi təqdim olunacaq. Buraya nağıllar, illüstrasiyalı vəsaitlər, uşaq hekayələri, uşaq ensiklopediyaları və müxtəlif mövzularda kitablar daxildir. İstər məktəbəqədər, istərsə də məktəbli uşaqlar üçün çoxsaylı seçim imkanı olacaq.

Novruz bayramı ərəfəsində uşaqlar üçün bayram kampaniyası kimi nəzərdə tutulan Uşaq Kitabı Gününə bütün valideynlər və balaca oxucular dəvətlidir.

Tədbir saat 10:00-da başlayacaq və gün boyu davam edəcək.

Qeyd edək ki, İstiqlaliyyət 71 (Sabir bağı ilə üzbəüz) ünvanında yerləşən Zero Kitab Evi ayda bir dəfə Uşaq Kitabı günü təşkil edir.

AzNews.az
Bağla X