Lütfəli Abdullayevin 100 illik yubileyi qeyd edilib - FOTO

Bənzərsiz gülüş ustası Lütfəli Abdullayevin 100 illik yubileyi qeyd edilib.

ANS PRESS-in verdiyi məlumata görə, martın 14-də Dövlət Film Fondunda Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi qeyd edilib.

Sənətkarın 100 illik yubiley tədbirləri Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamı əsasında qeyd edilir.

Tədbir iştirakçıları əvvəlcə Dövlət Film Fondunun foyesində görkəmli sənətkara həsr edilmiş fotosərgi ilə tanış olmuşlar.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilati dəstəyi ilə keçirilən tədbirdə L.Abdullayevin həyat və yaradıcılığından söz açılıb və sənət dostlarının xatirələri dinlənilib.


AzNews.az