Əməkdar artist AzTV-ni sərt ittiham etdi: “Belə nadürüst insanlar var”

Əməkdar artist Baloğlan Əşrəfovu məyus edən hadisə baş verib.
Müğənninin AzTV-nin "Qızıl fond"una təqdim etdiyi 10 səs yazısı itib. Bu barədə AzNews.az-a danışan B.Əşrəfov deyib ki, arxiv üçün yazdırdığı 10 mahnın yoxa çıxmasını yaxın vaxtlarda bilib: "AzTV-nin bədi rəhbəri Etibar Babayevin dəvəti ilə arxiv üçün 10 mahnı lentə aldırdım. Amma bu gün həmin mahnıların nə "ölü"sü var, nə də "diri"si. On mahnı it-bata düşdü".

Müğənni bu məsələdə E. Babayevi günahlandırıb:"Mahnılarının it-bat olduğuna inanmıram. Bu barədə soruşduğumda Etibar Babayev dedi ki, itirib. Yəni mahnılar bir-birinə qarışıb. Mən isə buna inanmıram, inanmaq da istəmirəm. Təəssüf ki, Etibar Babayevin sayğısızlığı ucbatından mahnılarım belə aqibətlə qarşılaşdı".

Müğənni problemi AzTV-nin rəhbəri Arif Alışanova deyəcəyini də açıqlayıb: "Təəssüf ki, AzTV-də belə nadürüst insanlar var. Əgər doğrudan da o, mənim səs yazımı itiribsə, niyə ikinci dəfə yazmaq üçün dəvət etmir? Marağı nədir?"

Bahar Rüstəmli
AzNews.az