22:54
(077) 610-22-33

"Qanun"dan yeni kitab- "Vəsiyyət"

  • >
870 27 Mart 2014 08:55 | Mədəniyyət

"Qanun" nəşrlər evi avstriyalı yazıçı Frans Kafkanın "Vəsiyyət" adlı yeni kitabını nəşr edib. Kitaba məşhur Avstriya yazıçısı Frans Kafkanın "Hökm" və "Çevrilmə" novellaları, pritçalarından nümu­nə­lər, "Gündəliklər"indən və çex jurnalisti Qustav Yanouxla söhbətlərindən parçalar daxil edilib.

"Hökm" novellası şəxsi faciədən, müəllifin məruz qaldığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənçilik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işartısını daim göstərib. Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəddüd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, o evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan məhrum etmək fikrinə düşüb. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də var: Ata – Peterburqda qərar tutan, həyatda və işgüzar mühitdə bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burada Dost – Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın simasında atasının görmək istədiyi "şəhərli oğul" obrazını təcəssüm etdirir.

"Çevrilmə" novellası da metafora baxımından zəngin və çoxmənalı əsərdir: burda az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu – üzüyola qulluqçunu əcaib həşərata çevirib onu doğma ailə mühitinə atmaqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalığının gerçək surətini yaradıb.

AzNews.az
Bağla X