Aybəniz Haşımova: “Taleyimi Həsən Həsənov dəyişdirdi”

Əməkdar artist Aybəniz Haşımova özünün facebook səhifəsində səhnə həyatı ilə bağlı maraqlı məqamı qeyd edib. Müğənni sabiq Xarici İşlər naziri Həsən Həsənovun onun səhnə həyatında mühüm yer tutduğunu bildirib: "Dəyərli Dövlət xadimi Həsən Həsənovun mənim üzərimdə böyük danilmaz zəhməti var. 1979-cu ildə Ulu öndər Heydər Əliyevin qarşısında çıxış etməyimə məhz Həsən Həsənov qərar verdi. Həmin o gün mənim sənət taleyimin gələcəyi həll olundu. Mənim böyük səhnəyə gəlməyimdə Həsən Həsənov səbəbkar oldu. Allah onun kimi insanlari var eləsin, dünya durduqca canı sağ olsun".

Bahar
AzNews.az