02:29
(077) 610-22-33

Cəmiyyətimizdəki eybəcərliklərin əks olunduğu kitab- “Tələ“

  • >
914 31 Mart 2014 10:49 | Mədəniyyət

AzNews.az xəbər verir ki, "Qanun" nəşrlər evində yazıçı Eyvaz Zeynalova məxsus "Tələ" romanı çap edilib. Yeni nəşr edilən bu roman çoxplanlı, çoxşaxəli, kəskin ictimai məzmunludur. Əsərdə hadisələr təkcə Azərbaycanda deyil, Türkiyədə, Almaniyada, Dubayda cərəyan edir. Cəmiyyətimizdəki ən qatı eybəcərliklər – rüşvətxorluq, dələduzluq, qadın alveri, fahişəlik və s. Sayalı arvadın, Saranın, Elmanın və başqa obrazların fəaliyyətində öz əksini tapıb. Romanın əsas qəhrəmanları Şahmar, Rəşad, Yaşar əks qütbdə dayanan müsbət obrazlardı. Onlar şərə qarşı mübarizə aparırlar. Xüsusi rəğbətlə qələmə alınmış obrazlardan biri də saf məhəbbətlə sevən gənc qız Könüldü. Uşaq olsa da Dilqəm obrazı da yaddaqalan, seviləndi. Xarici ölkə vətəndaşlarından – alman əsilli Berta, Hans, ərəb əsilli Həsən, fahişəxana sahibəsi də dolğun obrazlardandı.

AzNews.az
Bağla X