- Köhnə - Mədəniyyət
- 1 Aprel 2014 14:14
- 3 125
“Tiflisdə yeddi məhbus”dan “Darağacı - Dişi qurdun yuxuları“na…
"Tiflisdə yeddi məhbus"…
Politoloq Zəlimxan Məmmədli "Tiflisdə yeddi məhbus" romanını oxuyur: "Ən son oxuduğum kitab Ədalət Mədətoğlunun yenicə çapdan çıxmış "Tiflisdə yeddi məhbus" romanıdır. Romanda Tiflisdə məhbus həyatı yaşayan Qafqaz xalqlarını 7 nümayəndəsinin timsalında keçmişin və indinin fundamental obrazları, hadisələrin dinamikliyi, sintezin güclülüyü, müasir dövrdə cərəyan edən hadisələrlə keçmişin gözəl qovuşması diqqətimi çəkdi".
Darağacı - Dişi qurdun yuxuları
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan əsasən siyasi, fəlsəfi, tarixi və hüquqi ədəbiyyatlar oxuduğunu dedi: "İmkan düşən kimi "Quran"ın lent yazısına qulaq asıram və bir daha "izm" fəlsəfəsinin Quran qarşısında zəifliyinin şahidi oluram. Bədii ədəbiyyatdan böyük qırğız-türk yazıçısı Çingiz Aytmatovun "Darağacı - Dişi qurdun yuxuları" əsərini oxuyuram. Oxuduqca psixoloji baxımdan sanki ruhum Akbaranın (yəni börünün), yəni Ağ (boz) qurdun cisminə köçür".
Drayzer və Hemenquey
"Təmiz dünya" təşkilatının sədri Mehriban Zeynalova Teodor Drayzeri oxuduğunu dedi: "Sonuncu dəfə oxuduğum kitabı əslində, çox gənc vaxtlarımda oxumuşam. Drayzeri və Ernest Hemenquey
bu gün yenidən oxuyuram".
Bahar Rüstəmli
AzNews.az