Mahnı Teatrının bütün solistləri İsmayıllıya toplaşır

Rəşid Behbudov adına Mahnı Teatrı avqustun 31-də İsmayıllı rayonuna səfər edəcək. Bu barədə AzNews.az-a teatrın solisti, Əməkdar artist Əbülfət Oğuz məlumat verib.

Xanəndə bildirdi ki, bu səfərdə məqsəd İsmayıllı rayonunda keçiriləcək "Şəhər günü" adlı konsertdə iştirak etməkdir: "Bu konsertə Mahnı Teatrının bütün solistləri qatılacaq. Konsert İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq".

Bahar
AzNews.az