11:16
(077) 610-22-33

Dünyanın ən bahalı kitabı

  • >
648 29 Avqust 2012 16:11 | Mədəniyyət

Dünyanın ən bahalı kitabı - Leonardo da Vinçinin "The Codex Leicester" (Lasterin Kodeksi) kitabıdır. Leonardo Da Vinçi bu kitabı 1506-1510-cu illərdə Milanda yaşadığı zaman yazıb.

Manuskript hər iki tərəfdən yazılan 18 kağız vərəqdən ibarətdir və onlar elə toplanıb ki, 72-səhifəlik bir dəftər yaranıb. Leonardo bu kitabı xüsusi üsulla, şəxsi "güzgü" şrifti ilə yazıb. Hərfləri ancaq güzgünün köməyi ilə oxumaq olar.

Yazılar müxtəlif təbiət hadisələrinə həsr olunub. Kitab həmçinin riyazi hesablamaların, diaqramların və şəkillərin böyük miqdarını özündə birləşdirir.

"Su, yer və səma işləri haqqında Traktatı Bill Qeyts 24 milyon dollara alıb. Bill Qeyts kitabı xüsusi əşyaları arasında saxlayır.

Bahadur Eyuboğlu
AzNews.az
Bağla X