20:58
(077) 610-22-33

Erotik səhnəyə görə Azərbaycan serialından imtina etdilər - ETİRAZ

  • >
3 904 7 Aprel 2014 10:23 | Mədəniyyət

ATV-də yayımlanan "Qız yükü" teleserialındakı erotik səhnə sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

AzNews.az-a daxil olan məlumata görə, filmdə bu səhnənin yer alması Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın təşəbbüsü olub.

İntiqam Soltan isə AzNews.az-a açıqlamasında bildirib ki, bu səhnələrə görə, o məəsuliyyət daşımır: "Teleserialdan kollektiv şəkildə kənarlaşmışıq. Yəni təmsil etdiyim teatrın heç bir aktyoru bu serialda rol almayıb. Adımın hallanmasına baxmayaraq, bu günə kimi susurdum".
İ.Soltan əlavə edib ki, sözügedən serialın ssenari müəllifi Arzu Soltan, bədii rəhbəri isə üzü olub: "Serialın yükünü biz çəkirdik. Amma ATV kanalı rejissor olaraq, İntiqam Hacılı ilə müqavilə bağladı. İntiqam Hacılı isə dedi ki, mən bilərəm ,ATV bilər, necə istəyirəm elə də çəkəcəyəm. Biz də ATV-yə dedik ki, əgər belədirsə, gedin çəkin. Arzu Soltan peşəkar ssenaristdir. Onun qələmindən belə səhnələr çıxmaz. "Qız yükü" serialında yayımlanan səhnələr Arzu xanıma yaddır".

O qeyd edib ki, "Qız yükü" serialının peşəkarlığı onu qane etmədiyindən, filmin çəkilişlərindən kənarlaşıb.

Qeyd edək ki, Arzu xanım İntiqam Soltanın həyat yoldaşıdır.
Bahar Rüstəmli
AzNews.az
Bağla X