15:45
(077) 610-22-33

Elçin Hami Axundov: “Mənim yerimə gələn Fariz Əhmədov adlı şəxsi tanımıram”

  • >
777 30 Avqust 2012 13:37 | Mədəniyyət

Bu gün "Azanfilm"in direktoru Elçin Hami Axundov vəzifəsindən uzaqlaşdırılıb. AzNews.az-a açıqlamasında Elçin Hami Axundov vəzifəsindən getməyinin səbəbini yaşı ilə əlaqələndirib: "Mən "Azanfilm"dən yaşımla əlaqədar çıxmışam. Artıq pensiya yaşımdır. Amma bədii rəhbər kimi studiyada fəaliyyətimi davam etdirəcəm".

E.Hami Axundov onu əvəzləyəcək şəxsi, yəni, "Azanfilm"in yeni direktoru Fariz Əhmədovu tanımadığını bildirdi: "Mən Fariz Əhmədovu tanımıram. Deyilənə görə, Moskvada təhsil alıb".

Xatırladaq ki, Elçin Hami Axundov 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəri, 2000-ci ildən isə direktoru olub.

Bahar
AzNews.az
Bağla X