17:09
(077) 610-22-33

Yazar: “Məni ən çox ruslar təəccübləndirə bilir”

  • >
3 922 16 Aprel 2014 14:47 | Mədəniyyət

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.

Layihənin budəfəki qonaqları yazıçı Günel Mövlud, filosof-alim Niyazi Mehdi və ehtiyatda olan polkovnik, Müdafiə Nazirinin sabiq müavini İsa Sadıqovdur.

"Məni ən çox ruslar yaxşı mənada təəccübləndirə bilirlər"

Yazıçı Günel Mövludun fikrincə, onu ən çox ruslar yaxşı mənada təəccübləndirə bilirlər: "Son oxuduğum kitabları Berlində fəaliyyət göstərən rus kitabxanasından almışam. Xüsusi olaraq qeyd edim ki, Berlində rusların kitab dükanları olduqca çoxdur. Demək olar ki, istənilən kitabı tapmaq mümkündur. Son oxuduğum iki kitabı- Con Apdaykin "Mapllar ailəsinin əhvalatları" əsərini və Alber Kamyunun "Qiyamçının qeydləri"ni rus dükanlarından almışam. Kamyunun kitabi barədə xüsusi təsuratlarım yoxdur. Sadəcə müəllifin rus ədəbiyyatı barədə nə qədər məlumatlı olmağına heyran oldum. Apdaykin əsərində isə indiyə qədər tanış olmadığım nəşr üslubu ilə rastlaşdım. Paralel olaraq, Trotskinin "Mənim həyatım" memuarını oxudum. Bir daha hiss elədim ki, ədəbiyyat məsələsində məni ən çox ruslar yaxşı mənada təəccübləndirə bilirlər".

"Kamal Abdullanın –"Nar çiçəkləri"

Filosof-alim Niyazi Mehdi isə Kamal Abdullanın "Nar çiçəkləri"ndən söz acid: "Kamal Abdulladan oxudum - "Nar çiçəkləri"... Orada bir misra var ki, mədəniyyət və insan haqqqında diskurs qatına qalxır".

Tarixdə izi olan şəxslər…

Ehtiyatda olan polkovnik, Müdafiə Nazirinin sabiq müavini İsa Sadıqov tarixdə izi olan şəxslərlə bağlı kitablara üstünlük verdiyini bildirdi: "Çox əsərlər oxuyuram. Ədəbi və digər mövzularda əsərlərə meyl edirəm. Məni daim tarixdə müəyyən iz buraxmış şəxsiyyətlərin həyat və fəaliyyəti maraqlandırır. Norveçdə belə nəşrlər çoxdur. Ən son oxuduqlarımdan yaddaqalanı "Dva boyza za svabodu", "Frifetskjempere" (norveç dilində), Çeçenistanın keçmiş prezidenti Aslan Məshədovun oğlu Anzor Məshədovun kitabları olub. Aslan Məshədovla bağlı kitabı çox maraqla oxudum. Çünki Məshədovu hələ Sovet dövründən tanıyırdım. Eyni hərbi məktəbi bitirmişik. O da artileriyaçı idi. Daha sonra bu yaxınlarda Adolf Hitlerin adyutantının xatirələrindən bəhs edən 3 kitabla rastlaşdım və aldım. Ümumiyyətlə bu kitablarda çox maraqlı məqamlara rast gəlirəm. Bu baxımdan da mütaliyə etməyi sevirəm".

Bahar Rüstəmli
AzNews.az
Bağla X