“Yuxuların yozumu” Azərbaycan dilində

Ziqmund Freydin ən məşhur əsəri olan "Yuxuların yozumu" Azərbaycan –dilinə tərcümə edilib. Bu əsəri Nadir Qocabəyli tərcümə edib.

"Yuxuların yozumu" böyük Avstriya alimi, psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freydin əsas əsərlərindən biridir. İsteriya problemlərilə məşğul olan alim yuxugörmələri də müşahidə etdiyi hadisələr sırasına daxil edib. Onun nəzəriyyəsinə görə yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Yəni həyata keçməyən arzular çox zaman şüur sahəsindən çıxaraq qeyri-şüur sferasına keçir, orada qalaraq insanın davranışına təsirlərini davam etdirir. Şüura daxil olmaq istəyən sıxışdırılmış arzular şüuri təsəvvürlərlə mübarizəyə girərək, yuxugörmə, gündüz xəyalları və s. kimi hallarda onlara qalib gəlir. Ona görə də, yuxuları düzgün yozmaqla insanın qeyri-şüuri təəssüratları barədə mühakimə yürütmək olar...

Ziqmund Freydin bu məşhur kitabı dəfələrlə nəşr olunduğu üçün XX yüzilin ən məşhur bestsellerlərindən biri hesab olunur.

AzNews.az