Kamil Vəli Nərimanoğlu:“Ramil Səfərova tezliklə Milli qəhrəman adı verilməlidir”

"Bütün Azərbaycan xalqının gözü aydın olsun. Nəhayyət ki, biz öz arzumuza çatdıq, qəriblikdə dustaq həyatı çəkən qəhrəmanımızı, Ramin Səfərovu öz evinə, yurduna, Azərbaycana gətirdik". Bunu AzNews.az-a açıqlamasında professor Kamil Vəli Nərimanoğlu bildirdi.

Onun bildirdiyinə görə, R.Səfərovun adı tezliklə milli qəhrəmanların adı olan siyahıya yazılmalıdır: "Mən inanıram ki, Ramin Səfərova tezliklə milli qəhrəman adı veriləcək. Bu ad ona erməni öldürdüyünə görə deyil, vətən hissini şəxsi hisslərdən üstün tutduğuna görə verilməlidir. Azərbaycan ordusunun yenidən qurulmasında, silahlanmasında Ramin kimi adamların rolu olaçaq. Yolu açıq olsun".

Bahar
AzNews.az