20:29
(077) 610-22-33

Çingiz Abdullayevə Belarusun döş nişanı verildi - FOTO

  • >
1 306 23 Aprel 2014 17:00 | Mədəniyyət

Azərbaycan Milli Kitabxanasında dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.


ANS PRESS-in AYB-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Rusiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin, Belarus respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Nikolay Patskeviç, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu və başqa tanınmış insanlar iştirak ediblər.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Çingiz Abdullayevin yaradıcılığından danışıb. Daha sonra Çingiz Əlioğlu, Rusiya səfiri Vladimir Doroxin, Belarus səfiri Nikolay Patskeviç də görüş iştirakçılarına Xalq yazıçısı haqqında fikirlərini çatdırıblar.

Tədbirin yekununda Belarus səfiri cənab Nikolay Patskeviç Çingiz Abdullayevə ədəbiyyat sahəsindəki xidmətlərinə görə Belarus respublikasının döş nişanını təqdim edib.





AzNews.az
Bağla X