04:52
(077) 610-22-33

“Xoca” filmi Qırğızıstanda

  • >
688 2 Sentyabr 2012 07:50 | Mədəniyyət

Bu ay ANS müstəqil yayım və media şirkətinin, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və "Bakıfilm" kinostudiyasının birgə istehsalı olan "Xoca" bədii filminin Qırğızıstandakı Manas Universitetində təqdimatı keçiriləcək.

AzNews.az-ın AzərTAc-a istinadn verdiyi məlumata görə, Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunan, faciəni bütün miqyası ilə özündə əks etdirən 108 dəqiqəlik bu bədii filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayevdir.

Eyni zamanda gələn ilin fevralında Qırğızıstanda keçiriləcək Azərbaycan Kino Günləri çərçivəsində "Xoca" filminin bütün kanallarda nümayiş etdirilməsi planlaşdırılır.

Bunlarla yanaşı, gələcəkdə bu ekran əsərinin Özbəkistan və Qazaxıstanda da nümayişi nəzərdə tutulub.

AzNews.az
Bağla X