Cənnət Səlimova Bəhram Osmanova mesaj ünvanladı

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovu tutduğu vəzifəyə görə təbrik edirəm. Bunu AzNews.az-a xalq artisti, rejissor Cənnət Səlimova dedi.

C.Səlimova AzNews.az vasitəsiylə həmkarına mesaj ünvanladı: "Mən ona müvəffəqiyyətlər arzulayıram. Ümüd edirəm ki, bir yerdə işləyə biləcəyik. Teatr artıq iş başındadır. Repertuarda olan tamaşaların məşqini edirik".

Qeyd edək ki, yeni mövsümdə sabiq baş reyissor iki tamaşa hazırlayacaq. Onlardan biri Dilsuz Mustafayevin "Əlincə qalası", ikincisi isə komediya janrında olan "İtaliyan sayağı xöşbəxtlik".

Bahar
AzNews.az