- Köhnə - Mədəniyyət
- 4 Sentyabr 2012 19:05
- 4 084
Mərahim Fərzəlibəyov Həsən Həsənovun əsərinə quruluş verəcək
O, Həsən Həsənovun "Büreseldən məktublar" adlı əsərinə quruluş verəcək: "Əsər Axundov və oğlu Rəşid bəy haqqındadır. Artıq bununla bağlı hazırlıq işləri aparılır. Tamaşada teatrın ən tanınmış aktyor heyəti rol alacaq. Axundov rolunda isə xalq artisti Ramiz Məlik oynayacaq. Bundan başqa Laləzar Mustafayeva, Hacı İsmayılov, İlham Əsgərov kimi aktyorlar da rol alıb".
Rejissor dedi ki, "Büreseldən məktublar" tamaşaçılara bir hədiyyə olacaq: "Bu əsər bir dəfə tamaşaya qoyulub. Tamaşaçılar Axundovun həyatını bilsələr də, Rəşid haqqında çox az məlumatlıdı. Bizim tamaşada Rəşidə çox yer verilib. İnanıram ki, əsər tamaşaçılar üçün nəsə bir şey deyəcək".
M.Fərzəlibəyov onu da bildirdi ki, o, bir neçə teatrdan dəvət alıb. Onların arasında Musiqili Komediya Teatrının da adı var.
Bahar
AzNews.az