06:37
(077) 610-22-33

Səyavuş Aslan: “Səhnədən uzaqlaşmağım mənə çox ağır gəlir”- Fotolar

  • >
1 313 5 Sentyabr 2012 14:04 | Mədəniyyət

"Ürəyimdən keçən bütün rolları oynadım..."



Bu gün görkəmli aktyoru, xalq artisti Səyavuş Aslanın doğum günüdür. Bu münasibətlə sənətkarımızı yaxından təbrik etmək üçün onun mənzilinə yollandıq.

Ekranlardan həmişə gümrah gördüyümüz, mahir komik aktyor bizi nəvəsinin köməkliyi ilə qarşıladı. Güclə ayaq üstə durmuşdu, əhvalsız, bədbin gördük əhvalımızı öz obrazları ilə həmişə yüksəldən, bədbinlikdən qoparan sənətkarımızı.

Ondan soruşmaq istədiyim çoxlu suallar var idi. Amma danışmaq belə onun üçün əziyyət idi. Buna baxmayaraq, jurnalist marağı üstələdi, bəzi sualları verdim. Çoxunu cavablandırmasa da! Əksəriyyətinə verdiyi cavabdan heç nə anlaşılmasa da! Təqdim edəcəklərim onun normal cavablandıra bildikləridir.

- Bu gün sizi kimlər təbrik edib?

- Təbriklər çoxdur. Hələ günün yarısıdır. Gəlib gedənlər də var, zəng edənlər də. Ən çox Yaşar Nuridən gözləyirdim təbriki. O da sağ olsun zəng edib, təbrik etdi. Çox sevindim.

- Səhnədən uzaqda olmaq sizə çoxmu ağır gəlir?

- Demək olar ki, həyatımı qoymuşam, əlbəttə ağır gəlir. Mən təkcə komediya aktyoru deyildim. Dram rollarımda var.

- Yeni gələn gənc aktyorlar haqqında fikriniz necədir?

- O vaxtın tamaşaçısı ilə bu günün tamaşaçısı eyni deyil axı... Amma gənclərə sözüm odur ki, özlərinin üzərində daima işləsinlər. İnkişaf etmək üçün daim işləmək lazımdır

- Hansı obrazı canlandırmaq arzusu ürəyinizdə qalıb?

- Ürəyimdən keçən bütün rolları oynadım...

Əminə
Mahir Hüseynbəyli
AzNews.az
Bağla X