TÜRKSOY-un mədəniyyət nazirləri Ufaya toplaşıb

6-8 sentyabrda Başqırdıstanın Ufa şəhərində TÜRKSOY-a daxil olan ölkələrin mədəniyyət nazirlərinin daimi şurasınını 30-cu iclası keçiriləcək.

Tədbirə qatılacaq nazirlər təşkilatın gələn dövr üçün fəaliyyət istiqamətlərini müzakirə edəcəklər. Başqırdıstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistn, Türkiyə, Türkmənistan nümayəndələri qatılacaq. Altay, Qaqauz, Başqırdıstan, Saxa-Yakutiya təmsilçiləri isə tədbirdə müşahidəçi üzv qismində iştirak edəcəklər.

İclasa Türkiyəninin mədəniyyət və turizm naziri Ərtoğrul Günay sədrlik edəcək.

E.Əlosmanqızı
AzNews.az