12:16
(077) 610-22-33

Əbülfəs Qarayev:“Dağlıq Qarabağa aparılan turistlər aldadılır“

  • >
680 7 Sentyabr 2012 13:33 | Mədəniyyət

"Aldadılaraq Dağlıq Qarabağa aparılan turistlərin təhlükəsizliyi təmin olunmur"


Aldadılaraq Dağlıq Qarabağa aparılan turistlərin təhlükəsizliyi təmin olunmur.Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cümə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş torpaqlar beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul olunur, Ümumdünya Turizm Agentliyi də beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərir. "Bu baxımdan, Dağlıq Qarabağa aldadılaraq aparılan adamlar nə tanınır, nə qeydə alnır, nə də onların təhlükəsizliyi təmin olunur", - nazir deyib.

Qarayev qeyd edib ki, Qarabağın mətbəx ənənələri Azərbaycan mətbəxinin ayrılmaz hissəsidir. "Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ mətbəxini yerində qiymətləndirmək mümkün deyil. Lakin bu gün bizim kulinarlarımız Qarabağ mətbəxinin təbliği üçün çoxsaylı işlər görür", - o, deyib. Nazir hazırda Azərbaycanda olan xarici jurnalistlərin Azərbaycanın üç istiqamətinə səfər edəcəklərini bildirib. Bunlar Lerik-Lənkəran, Naxçıvan və Naftalan istiqamətləridir.

"Biz bu istiqamətləri bilərək seçmişik. Turistlər əsasən İpək Yolunun üstünə yerləşən rayonlara səfər edirlər. Naftalan Azərbaycanın vacib bir hissəsidir, Lənkəran bizim mətbəximizdə xüsusi yer tutan regiondur. Naxçıvan isə bu gün turizmin inkişafı üçün böyük layihələr həyata keçirir. Ona görə də bu regionları beynəlxalq aləmdə göstərmək vacibdir", - Qarayev deyib.

AzNews.az
Bağla X