Ədalət Əsgəroğlu – Rüstəm Behrudi savaşı - Qalmaqal

"Rüstəm Behrudi, yaxud da narazı yazarlardan biri, onlar həmişə belə şeylərlə yadda qalıblar. Mən başa düşə bilmirəm, Rüstəm müsahibəsində Murad Köhnəqala deyir. O, nə yazır axı? Əvvəl şeir yazırdı. Hanı onun yazdığı? Əgər bu adam nəsə yazsaydı ortada olardı". Bunu AzNews.az-a Yazıçılar İttifaqının mətbuat katibi Ədalət Əsgəroğlu dedi.

Ə. Əsgəroğlunun fikirincə şair, yazıçı, bir sözlə, qələm sahibi demaqoqluqla məşğul olmamalıdır: "Mən istəmirəm ki, Azərbaycan Yazıçılar İttifaqı demaqoqluqla məşğul osun. Onlar demaqoqdur. Kimisə populyar etmək istəyirlər. Guya belə yaddaşlarda qalacaqlar. Qalsınlar da, bunun nə qədər ömrü var. Ədəbiyyatda demaqoqluqla yaddaşlarda qalanlar az deyil. Bunlar da onlardan biri".

Xatırladaq ki, R.Behrudi müsahibələrinin birində xalq şairi adını daşıyanların bostanına daş atıb: "Mən Azərbaycanda bir neçə xalq şairi tanıyıram ki, Murad Köhnəqalanın bircə misrasını yaza bilməz".

Bahar
AzNews.az