Tamaşanın quruluşçu-rejissoru Nikolay Tretyakdır Tamaşanın quruluşçu-rejissoru Nikolay Tretyakdır

Rus opera sənətinin incisi Opera və Balet Teatrında

Tamaşanın quruluşçu-rejissoru Nikolay Tretyakdır


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Sergey Raxmaninovun məşhur "Aleko" operasına quruluş veriləcək. Bu məlumat AzNews.az-a teatrın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, "Aleko" rus opera sənətinin incilərindən biri olub, operasevərlərin ən sevimli əsərlərindəndir. Tamaşanın quruluşçu-rejissoru tanınmış Ukraynalı opera rejissoru Nikolay Tretyakdır. Dünən N.Tretyak teatr rəhbərliyinin dəvəti ilə Bakıya gəlib və artıq tamaşanın quruluşu üzərində çalışır.

Tamaşanın dirijoru professor Yalçın Adıgözəlovdur. Tamaşada teatrın əsas solistlərindən Əli Əsgərov, Əvəz Abdullayev, Zenfira İsmayılova, həmçinin gənc və istedadlı vokalçılar İlahə Əfəndiyeva, İlham Nəzərov, Fərid Əliyev, Tural Ağasıyev, Səbinə Vahabzadə iştirak edəcəklər. Tamaşanın premyerasını noyabrın sonunda keçirmək nəzərdə tutulur.

Bahar
AzNews.az