Fəxrəddin Manafov 59 yaşında...

Bu gün Azərbaycanın xalq artisti, tanınmış kinoaktyoru Fəxrəddin Manafovun doğum günüdür.

AzNews.az xəbər verir ki, sənətkar ad gününü sənət yoldaşları arasında keçirəcək.

F. Manafov bu günə kimi 44 bədii filmdə bir-birindən yadda qalan obraz yaradıb.

Qeyd edək ki, Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülub.

Bahar Rüstəmli
AzNews.az