15:27
(077) 610-22-33

Kaliforniyada “Yeddi gözəl”in premyerası olacaq

  • >
1 206 6 Avqust 2014 11:07 | Mədəniyyət

Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatında Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq. Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildiriblər ki, balet San-Diyeqo Teatrının ansamblı tərəfindən təqdim ediləcək.

Grossmont simfonik orkestrinin müşayiət edəcəyi baletin premyerası Mədəniyyət və Turizm Nazirliyinin və Los-Ancelesdəki Baş Konsulluğun dəstəyi ilə təşkil olunur.

Qeyd edək ki, Q. Qarayevin 1952-ci ildə Nizami Gəncəvinin eyni adlı əsəri əsasında yazdığı balet indiyədək dünyanın bir çox ölkələrində tamaşaya qoyulub.

AzNews.az
Bağla X