Xanım İsmayılqızıdan ölən oğluna - ŞEİR

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xanım İsmayılqızı bir müddət öncə vəfat edən oğluna daha bir şeir yazıb.

AzNews.az-ın məlumatına görə, bəstəkar bu şeiri sosial şəbəkədə paylaşıb.

O yandan necə görünür
Bu dünyanın viran yeri?
Bəlkə elə biz ölüyük,
Bəlkə elə sənsən diri?

Yığışmışıq köçümüzə,
Başdan ayağa bir heçik.
Bizim qəbrimiz böyükdü,
Səninkisə bizdən kiçik.

Acından ölürük burda,
Öz içimizi yeyirik.
Bir qəfəslik qonaq kimi,
Dayanacaq gözləyirik.

AzNews.az