“Mirzə Fətəli Axundzadə kimdir?” - Fars Agentliyi bu suala özü cavab verir

Modern.az saytı xəbər verir ki, Fars agentliyinin saytında "Mirzə Fətəli Axundzadə kimdir?" adlı məqalə (http://www.farsnews.com/newstext.php?nn=13930515001584) dərc edilib. Məqalədə XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi realizmin və dramaturgiyanın banisi olan ədibin həyatı və ictimai fəaliyyətinə nəzər salınıb.

Müəllif qeyd edir ki, Axundzadə rus ziyalılarının düşüncələri və Avropa mütəfəkkirlərinin əsərləri ilə tanış idi. Bu, onu bölgə xalqlarının gələcəyinə dair bir sıra ideyaları ortaya atması və dərin məkfurəvi çarpışmaların iştirakçısı etmişdi.

Mirzə Fətəlini Qərb mənşəli liberal ideyaların carçısı kimi səciyyələndirən yazıda ədibin azadlıq və bərabərlik ideyalarını təbliğ edərkən din və milli mədəniyyətlə ziddiyyətdə olması qeyd olunur. Bununla belə, onun maarifçi inkarçılıq fəlsəfəsinin bəzi məqamlarda Şərq xalqları üçün faydalı olduğu açıqlanır.

AzNews.az