Əkrəm Əylisli Azərbaycanı tərk etdi

"Daş yuxular" romanı ilə böyük qalmaqala səbəb olan yazıçı Əkrəm Əylisli Azərbaycandan gedib.

Bu barədə AzVision.az-a Ə.Əylislinin yaxın çevrəsindən məlumat verilib. Bildirilib ki, yazıçı bir neçə vaxtdır, Azərbaycanı tərk edərək Türkiyəyə gedib.

Xalq yazıçısı adından məhrum edilən Ə.Əylisli AzVision.az-a açıqlamasında hazırda Azərbaycanda olmadığını təsdiqləyib:

"Düz deyirlər ki, Azərbaycanda deyiləm, hazırda Türkiyənin Marmaris şəhərindəyəm".

Türkiyəyə nə üçün getməsi ilə bağlı suala yazıçı cavab vermək istəmədiyini bildirib.

AzNews.az