Dünən xəstəxanaya yerləşdirilən tanınmış rejissor Rövşən Almuradlının vəziyyəti stabil ağır olaraq qalır. Dünən xəstəxanaya yerləşdirilən tanınmış rejissor Rövşən Almuradlının vəziyyəti stabil ağır olaraq qalır.

Rövşən Almuradlının vəziyyəti ağır olaraq qalır – Oğlundan açıqlama

Dünən xəstəxanaya yerləşdirilən tanınmış rejissor Rövşən Almuradlının vəziyyəti stabil ağır olaraq qalır.


Bu barədə məlumatı AzNews.az-a rejissorun oğlu Kamal Almuradlı verib. Onun sözlərinə görə, R.Almuradlı daha 5 gün reanimasiyada qalacaq: "Bu gün həkimlər təkrar yoxlanışdan keçirəcək. Ürəkdə yaranan problemləri dərindən yoxlayacaqlar. Əsas məsələ onu düşdüyü vəziyyətdən çıxarmaqdır. Həkimlər deyir ki, reanimasiyadan çıxandan sonra onu Mərkəzi Neftçilər Xəstəxanasına köçürəcəklər".

Qeyd edək ki, R.Almuradlının dünən vəziyyəti ağırlaşıb və onu 2 saylı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.

Bahar Rüstəmli
AzNews.az