07:53
(077) 610-22-33

Maestro Niyazinin doğum günüdür

  • >
1 060 20 Avqust 2014 08:31 | Mədəniyyət

Bu gün Azərbaycan klassik musiqi sənətinin nüfuzlu şəxslərindən biri, maestro Niyazinin - dirijor və bəstəkar, SSRİ xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun doğum günüdür.


Niyazinin Ev Muzeyindən AzNews.az-a bildirilib ki, bu əlamətdar günlə əlaqədar Azərbaycanın tanınmış incəsənət xadimləri, tanınmış musiqişünaslar, bəstəkarlar və tələbələr Fəxri Xiyabanda Niyazinin məzarını ziyarət ediblər.

Daha sonra isə tədbir Niyazinin Ev Muzeyində davam etdiriləcək.
Niyazinin döğum günü ilə əlaqədar muzeydə "Açıq qapı" günü elan olunub.

Bahar
AzNews.az
Bağla X