Qanun Nəşriyyatı Corc Orueinl “ PARİS VƏ LONDONDA QARA QƏPİKSİZ” əsərini Azərbaycan dilində nəşr edib. Qanun Nəşriyyatı Corc Orueinl “ PARİS VƏ LONDONDA QARA QƏPİKSİZ” əsərini Azərbaycan dilində nəşr edib.

“1984”ün müəllifinin yeni kitabı Azərbaycan dilində

Qanun Nəşriyyatı Corc Orueinl “ PARİS VƏ LONDONDA QARA QƏPİKSİZ” əsərini Azərbaycan dilində nəşr edib.



Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell (Erik Blair) Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış Paris və Londonda Qara Qəpiksiz əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir.

Daha çox "1984" və "Heyvanıstan "əsərləri ilə məşhur olan Corc Oruellin bu əsəri yoxsulluq və səfalətin ən yaxşı təsvirlərindən biri kimi qəbul edilir. Paris və Londonda Qara Qəpiksiz kitabında yoxsulluq və səfalətin Oruellvarı təsvirini görəcəksiniz.



Tərcümə: Cavid Qocalı