Əməliyyatdan çıxmış Naibə Allahverdiyevanın vəziyyəti pisləşib

Əməkdar artist Naibə Allahverdiyeva, deyəsən, sözün əsl mənasında gözəlliyin qurbanı olub. Belə ki, 15 gün öncə, paytaxtımızda yerləşən özəl klinikaların birində plastik əməliyyat edilən aktrisanın arıqlamaq istəyi onun "burnundan gəlib". Bu, xəstəxanada olan sənətçiyə baş çəkdiyimiz zaman məlum oldu.

N.Allahverdiyevanın AzNevs.az-a verdiyi məlumata görə, o, avqustun 27-də əməliyyat olunub: "75 kiloqram idim, düşündüm ki, səhnə adamıyam, bir az arıqlasam yaxşı olar. Türkiyədən gəlmiş təcrübəli həkimin aparacağı əməliyyat nəticəsində 10 kq arıqlamalı idim. Amma özümdə heç bir dəyişiklik görmədim. Dedilər ki, gərək, əvvəlcə şişlərin çəkilsin. Əməliyyatdan 3 gün sonra palatada qalmağa dözməyib, evə getdim. Sabahı günü vəziyyətim pisləşdi deyə, geri qayıtdım. Sağ olsun, Elgiz Əkbər kömək etdi. Artıq 15 gün keçib, ağrılarım azalmaq bilmir. Özümü pis hiss edirəm. Düzdür, burada mənə yaxşı baxırlar. Amma bilsəydim ki, belə olacaq, əməliyyata getməzdim".

Elşad ÜMİD
AzNews.az