Hülusi Kılıc “Dostluq ordeni” ilə təltif olundu

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıçın "Dostluq ordeni" ilə təltif olunması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, bu gün səfiri qəbul edən Azərbaycan prezidenti "Dostluq ordeni"ni ona təqdim edib. Qeyd edək ki, artıq səfir kimi səlahiyyətləri bitmiş H. Kılıç sentyabrın 15-də Türkiyəyə dönəcək.

AzNews.az