13:12
(077) 610-22-33

Deputatın əsərinin çəkilişlərinə dövlətdən dəstək axtarılır

  • >
1 389 30 Avqust 2014 09:33 | Mədəniyyət

““Gəlinlik paltarı” teleserialı dövlətin ayırdığı maliyyə dəstəyi ilə deyil, sponsor hesabına çəkiləcək”.


Bunu AzNews.az-a açıqlamasında serialın ssenari müəllifi Əyyub Qiyas deyib.

O bildirib ki, yazıçı Hüseynbala Mirələmovun romanı əsasında çəkiləcək serialın xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müəyyən addımlar atılmaqdadır: "Serialın çəkiliş xərcləri sponsor tərəfindən ödəniləcək. Ancaq dövlət vəsaitiin ayrılması da nəzərdə tutulur. Biz xərclərin yalnız müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsini də istəyirik. Yaxın vaxtlarda bu məsələyə də aydınlıq gələcək".

Qeyd edək ki, "Gəlinlik paltarı" serialının baş qəhrəmanlarını əməkdar artist İlqar Cahangir (Harin) və Ülfət Bəşir (Fənayə) canlandıracaq.

Bahar Rüstəmli
AzNews.az
Bağla X