Zəlimxan Yaqub: “Mən hələ o günə qalmamışam ki, evimi satam”

Xalq şairi Zəlimxan Yaqub AzNews.az-a müalicəsi ilə əlaqədar yaşadığı evin satışa çıxarılması xəbərinə aydınlıq gətirdi: "Bu yalanı kimlər yayır? Zəlimxan o günə qalıb ki, evini satışa çıxarsın? Bu heç bir vaxt baş tutan deyil.

Çünki Zəlimxan Yaqub İlham Əliyev cənablarının, sonra da dövlətin nəzarətində olan bir şəxsdir".

Bahar
AzNews.az