Bakıda “Milli Saat” adlı konsert veriləcək

İçərişəhərdə "Milli Saat" adlı konsert keçiriləcək. Milli musiqiçilərimizin və muğam üçlüyünün iştirak edəcəyi tədbirdə Avropa musiqisinə də qısa səyahət nəzərdə tutulub.

Onu da qeyd edək ki, tədbirdə iştirak edən bütün ifaçılar milli geyimlərdə olacaq. Tədbirdə muğam üçlüyü, rəqqas və rəqqasələrin çıxışından sonra rəsm sərgisi düzənlənəcək. Sonda çay süfrəsi açılacaq.

Bahar
AzNews.az