06:19
(077) 610-22-33

Səbinə İlyasova: “Teymur Əmrahın da “Əməkdar artist” adına layiq görülməsini arzulayırdım”

  • >
966 15 Sentyabr 2012 11:49 | Mədəniyyət

Dünən "Əməkdar artist" adına layiq görülən müğənni Səbinə İlyasova təəssüratlarını AzNews.az-a danışıb: "Təbii ki, sevinirəm. Uzun illərdi ki, bu adı gözləyirdim. Amma bilirdim ki, dövlətimiz hər bir şəxsin zəhmətini qiymətləndirir. Ola bilməz ki, məni də qiymətləndirməsinlər. Bunun üçün cənab Prezidentimiz İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm. Nazirimiz Əbülfəz Qarayevə də minnətdaram. 33 ildən sonra "Əməkdar artist" adına layiq görüldüm".

Əməkdar artist həmkarlarının da fəxri adlara layiq görülməsinə sevindiyini və Teymur Əmrahı xüsusi qeyd edib: "Teymur Əmrahın da "Əməkdar artist" adına layiq görülməsini arzulayırdım. Pedaqoqdur, tələbələri var. O da uzun müddətdir sənətdədir. Çox istedadlı müğənnidir. Almaz Orucova, Dədə Süleyman, Teymur Əmrah, Məhəbbət Kazımova üçün də çox sevindim. Məhəbbət Kazımovla Universitetdə bir qrupda oxumuşuq. Tələbə yoldaşım olub".

Fuad Mədətov
AzNews.az
Bağla X