Firudin Allahverdi: “Teatrların, kinostudiyaların günahı bəyəm azdırʔ ”

Musiqili Komediya Teatrının aktyoru Çingiz Əhmədov portalların birinə açıqlamasında "Zövqlər itib. İndiki cavanlar korlanıb, teatra, kinoya gedib böyük ekrandan film, səhnədən tamaşa seyr etmək istəmirlər. Bu da onların zövqünə xələl gətirir" deyib.

Gənc bəstəkar isə AzNews.az-a açıqlamasında bu fikirləri bölüşməyib: "Burda yetişən, yaşayan gəncin zövqü necə olmalı idi axıʔ İnsan doğulanda zövqü formalaşmamış doğulur. Zövq insanda ailənin, təhsilin, ətrafdakılarla münasibətin sonucunda yaranır. Məncə gəncləri danlamaq yox, onların niyə belə yetişdiklərinin səbəblərini araşdırıb tapmaq və problemi həll etmək lazımdı.

Teatrların, kinostudiyaların günahı bəyəm azdırʔ Nə qədər ki teatrlarımız, kinematoqrafıyamız dotasiya ilə işləyəcək, belə də olacaq. Heç kim maraqlı bir şey tapmağa cəhd etməyəcək".


Bahar
AzNews.az