“Qarabağnamə” yenidən səhnələşdirilir

Bu gün Akademik Milli Dram Teatrında İ.Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanmış "Qarabağnamə" tamaşası nümayiş olunacaq. Görkəmli dramaturqumuzun əsəri əsasında hazırlanmış bu səhnə əsəri teatrın repertuarında xüsusi yer tutan, aktual mövzulu tamaşalardandır.

Torpaqlarımızın 20 faizindən artığının işğal altında olduğu, Qarabağ probleminin xalqımızın ən böyük dərdi olduğu bu günümüzdə sözügedən tamaşa çox aktualdır.

Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Həmid Kazımzadədir.

Bahar
AzNews.az