Məşhur müğənnin yeni diski hazırlanır Məşhur müğənnin yeni diski hazırlanır

Brilliant Dadaşova balaban ustası ilə iş birliyində

Məşhur müğənnin yeni diski hazırlanır



Brilliant Dadaşova bu mövsümdə yenilikləri haqda eksklüziv olaraq AzNews.az-a danışdı. Onun sözlərinə görə, məşhur balaban ustası Əlixan Səmədovla yeni disk buraxdırır: "Məşhur balaban ustası Əlixan Səmədovla disk hazırladıq. 20 ilə yaxındır ki, Əlixan Səmədov Türkiyədə çalışır. O çox gözəl ifa etdi, mən oxudum".

Müğənninin sözlərinə görə, balaban ustası ilə iş birliyi ilk cəhddə alınmayıb: "Başqalarının işi xoşumuza gəlmədi. Ona görə də Əlixanla bərabər qərara aldıq ki, aranjmanları dəyişdirək. Nəticədə bu proses uzandı".

Diskin nə vaxt vaxt hazır olacağına gəlincə isə, B.Dadaşova "Son variant xoşumuza gələnə qədər bunun üzərində işləyəcəyik. Bu ikimizin də qərarıdır"- deyə vurğulayıb.

Məlumat üçün qeyd edək ki, 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. "Balaban metodu" kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.

Elza
AzNews.az