06:23
(077) 610-22-33

Azərbaycan muğamı ilk dəfə İspaniyada – FOTO

  • >
627 20 Sentyabr 2012 10:17 | Mədəniyyət

Xanəndə Qoçaq Əsgərov növbəti çıxışına hazırlaşır. AzNews.az-ın məlumatına görə, xanəndə sentyabrın 23-də İspaniyanın "İnstitut de Cultura de Barcelona" mərkəzində musiqiçilərimizin müşayiəti ilə canlı oxuyacaq.

Konsert Barselonada keçirilən beynəlxalq musiqi festivalı "Merce-2012 – Merce Musica" çərçivəsində təşkil edilib. Bu barədə xanəndə özü AzNews.az-a danışıb:

"Bizim çıxışımız Barselonadakı səfirliyimizin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin xətti və eyni zamanda YUNESKO-nun eksperti Sənubər Bağırovanın dəstəyi nəticəsində baş tutub. Bu, Barselonada ilk azərbaycanlı musiqiçinin konserti hesab ediləcək".

Q.Əsgərova onu da qeyd edib ki, konsertə onu tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər. Xanəndə muğam, təsnif və xalq mahnıları səsləndirəcək.

Qeyd edək ki, azərbaycanlı musiqiçinin konserti ilə bağlı afişalar artıq şəhərin küçələrinə vurulub.

Fuad Mədətov
AzNews.az
Bağla X