“Baxandan sonra bu barədə fikirlərimi bildirəcəyəm” “Baxandan sonra bu barədə fikirlərimi bildirəcəyəm”

Əkrəm Əylisli erotik tamaşaya bilet aldı

“Baxandan sonra bu barədə fikirlərimi bildirəcəyəm”



Xəbər verdiyimiz kimi Səməd Vurğun adına Rus Dram Teatrında Erix Emmanuel Şmidtin pyesi əsasında erotik görüntülərlə zəngin tamaşa səhnələşdirilib. Azərbaycanla yanaşı, Sankt-Peterburq və Gürcüstan mütəxəssislərinin birgə məhsulu olan tamaşanın quruluşçu rejissoru Aleksandr Şarovskidir.

Hələ səhnəyə çıxmamış səs-küyü qopan "Rasputnik" tamaşası ilə bağlı ilk mesaj mədəniyyət adamları və ziyalılardan gəldi. Yazıçı Əkrəm Əylisli AzNews.az-a bildirdi ki, bu xəbər onun marağına səbəb olub və hökmən tamaşaya baxacaq: "Tamaşaya baxandan sonra bu barədə danışacağam. O əsəri oxumamışam. Qoy görək bunlar nə qoyacaq".

Yazıcı-dramaturq Firuz Mustafa isə bunu teatrlara tamaşaçı axınını təşkil etmək üçün atılan addım kimi qiymətləndirdi: "Bu bir reklam vasitəsidir. Teatra tamaşaçı cəlb etmək üçün başqa yol yoxdur. Əgər həmin günü teatra getsək görəcəyik ki, orada olan tamaşaçı elə 18 yaşından aşağı olanlardır".

Dramaturq Elçin Hüseynbəyli isə dedi ki, teatrla bağlı maraqlı mövzular, daimi tamaşaçı üçün bütün dünya axtarışdadır: "Həm Rusiyada, həm Avropada hamı yığışıb, necə edək ki, tamaşaçı teatra gəlsin. Teatr onları cəlb eləsin. Yeni texnikalar gəlib. Görünür, bu Azərbaycan teatrlarının axtarışlarından biridir. Tamaşadakı erotik görüntülər Azərbaycan mentalitetinə, səhnəsinə nə qədər uyğundur, onu tamaşaya baxandan sonra demək olar.

Qeyd edək ki, erotik görüntülərlə əhatə olunan tamaşa Fuad Poladov, Nataliya Şarovkskaya, Lalə Süleymanova, Oleq Əmirbəyov, Milana Madaxanova və başqaları rol alıb.

Bahar
AzNews.az