10:31
(077) 610-22-33

Gülüstan Əliyeva seriallarda çəkilmək üçün rejissorlara müraciət etdi

  • >
705 20 Sentyabr 2012 16:50 | Mədəniyyət

Opera və Balet Teatrının solisti, Əməkdar artist Gülüstan Əliyeva yeni mahnısının təqdimatına hazırlaşır. Bunu AzNews-az-a Gülüstan xanımın özü bildirib.

Mahnı "Gəncəm" adlanır: "Artıq bütün işlər yekunlaşıb. Montaj işləri gedir. Gələn həftə klip media işçilərinin hüzurundadır".

G.Əliyeva dedi ki, sentyabrın 25-də Opera və Balet Teatrı Ağcabədi rayonuna gedəcək. Xanəndə bildirdi ki, həmin rayonda Muğam Mərkəzində Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşası nümayiş olunacaq: "Mən o tamaşada Sənəm rolunda oynayacam. Xalq artisti Azər Zeynalov, Əkrəm Əliyev mənimlə tərəf müqabili olacaq".

Müğənni fürsətdən istifadə edib teleserial rejissorlarına da mesaj ünvanladı: "Mən çox istərdim ki, seriallara dəvət alam. Əgər kimsə məni ssenarisində görürsə, öz filminə dəvət etsin. İnanıram ki, etimadı doğruldacam".

Bahar
AzNews-az
Bağla X