08:29
(077) 610-22-33

Elmira Şabanova: “Gəlinlərimə qan udduracağam”

  • >
1 338 22 Sentyabr 2012 06:40 | Mədəniyyət



""Ağabəyovlar" teleserialı məni arzuma çatdırdı. Orada qəddar bir nənə obrazı yaradacağam". Bunu AzNews.az-a xalq artisti Elmira Şabanova dedi.

ANS-in "Bakı" studiyasının istehsalı olan teleserial 100 bölümdən ibarət olacaq. Qeyd edək ki, filmin artıq 57 seriyasının ssenarisi hazırdır. E.Şabanovanın sözlərinə görə, bu rola onu şirkətin prezidenti Vahid Mustafayev dəvət edib: "Mən filmlərə çəkilmirdim. İstəmirdim. Vahid dedi ki, "bir intiligent aktrisa axtarırdım, sizi tapdım". Bu sözdən sonra seriala çəkilməyə razılıq verdim. Rol çox maraqlıdır. Üstəlik Vahidlə də işləmək lap yerindədir. Onun bir neçə filmini görmüşdüm və bəyənmişdim. Evdə oturmaqdansa, hər hansı bir filmdə çəkilmək daha yaxşıdır. Ssenarini oxudum. Atakişiyevlər ailəsinin böyüyüyəm. Qəddar bir nənə olacağam, gəlinlərə qan uddurub, zülm edəcəyəm. Mənim gəlinim adət-ənənələrdən kənara çıxa bilməz".

Aktirisa dedi ki, onun üçün serialdan alacağı qonorar deyil, rol önəmlidir: "Bizdə bəzi aktyorlar baha çəkilir, konkret qiymət qoyurlar. Hansı ki onlar sənəti bilmir. Amma əsl sənət sahibini pul deyil, rol maraqlandırmalıdır. Düzdür, Azərbaycan səhnəsində aktyorlara çox az məvacib verirlər. O məvaciblə nə etmək olar? Vaxt vardı ki, mən rollara çəkilirdim və yaxşı da məvacib alırdım. Bəzən vəziyyəti başa düşərək aza da qane olmaq lazımdır. Bu filmdə böyük bir ansambl işləyir. Hətta serialla bağlı Mission Santa-Barbaranı da dəvət ediblər. O, burada master-klass dərsi keçir".

Bahar
AzNews.az
Bağla X