Mətanət Əsədova: “Operada Məcnun yoxdur”

"Opera və Balet Teatrının səhnəsində mən istəyən Məcnun yoxdur". Bunu AzNews.az-a müğənni Mətanət Əsədova dedi.

M.Əsədovanın fikirincə, "Leyli və Məcnun" tamaşasının ifaçılarından olan xalq artisti Mənsum İbrahimov böyük sənətkardır: "Onun teatrda leyliləri çoxdur, oynayır. Sadəcə, mənim ürəyimdə başqa bir sənətkar var. İstəmişəm ki, onun Leylisi olam. Amma nə yazıq ki, alınmayıb. Ona görə də bu arzunu hələki arxivə atmışam. Əgər bir gün ona oxşar bir Məcnun ortaya çıxarsa, mən onun mütləq Leylisi olacam".

Müğənninin arzusu təkcə Leyli oynamaq deyil, o, həm də gözəl bir mahnı sorağındadır: "Yaxşı, reytinq gətirən bir mahnı sorağındayam. Tapan kimi klip çəkdirəcəm".

Bahar
AzNews.az