Aktrisanın həyat yoldaşı: “Afaq xanım özünü yaxşı hiss edir”

"Afaq xanımın yanında hazırda həkimlər var, müayinə aparılır. Amma deyə bilərəm ki, dünən gecə ilə nisbətdə onun vəziyyəti yaxşıdır. Özünü yaxşı hiss edir". Bunu AzNews.az-a Afaq Bəşirqızının həyat yoldaşı dedi.

Xatırladaq ki, A.Bəşirqızı Musiqili Komediya Teatrında "7 məhbusə anası" tamaşasından sonra halı pisləşib. O, təcili olaraq Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib.

Əldə etdiyimiz məlumata görə, A.Bəşirqızı teatrın səhnə arxasında baş verən rejissor, aktyor və direktor arasında baş verən qalmaqala görə əsəbləşib. Məlumatı dəqiqləşdirməyə çalışırıq.

Bahar
AzNews.az